Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Getdiyi məkanda Renkaya saxta pul veriblər

Getdiyi məkanda Renkaya saxta pul veriblər

Rəqqasə Rəna Ağamuradovanın musiqiçisinə saxta pul veriblər. 

Sənətçi bununla bağlı özü məlumat yayıb. O bildirib ki, çıxış etdikləri məkanda qonaqlardan biri davul ifaçısına saxta 100 manat verib:

"Qızların yanında özünüzü göstərirsiniz. Ayıb deyil? O da evinə çörək aparır, həvəslənir. Büküb verib davulçuya, guya bombadırlar. Özü də bığıburma kişilər. Utandım. Mənə də gətirib səhnədə 50 manat veriblər. Hamı görsün ki, guya bunlar pul verirlər".