Mədəniyyət Nazirliyindən bildirilib ki, müğənni Aygün Bəylər haqqında yayılan ölüm xəbərləri həqiqəti əks etdirmir:
“Hazırda Əməkdar artist müalicə aldığı xəstəxanada süni tənəffüs aparatına qoşulub, saat 22:50-də Ankara-Bakı reysi ilə Vətənə gətiriləcək”.
***
Aygün Bəylərin rəsmi instaqram səhifəsində də sənətçinin vəziyyəti ilə bağlı paylaşım edilib:
“Aygün Bəylər vəfat etməyib. Vəziyyəti ağırdır. Dua edin” , - deyə paylaşımda qeyd olunub.