Dünən Türkiyənin Ankara şəhərində müalicə aldığı xəstəxanada vəfat edən Əməkdar artist Aygün Bəylərin cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı sənədləşmə işləri aparılır.
Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd olunub ki, vida və dəfn məsələlərinə təyyarə Bakıya çatdıqdan sonra qərar veriləcək:
"Cənazə Aygün Bəylərin Suraxanıdakı evinə gətirləcək".
Xatırladaq ki, uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən sənətçi dünən gecə Ankara şəhərində vəfat edib.