Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Demək istəyirsiz ki, xəstə olanda baş çəkmişəm?!” - TƏNQİD ETDİ

“Demək istəyirsiz ki, xəstə olanda baş çəkmişəm?!” - TƏNQİD ETDİ

Müğənni Xatirə İslam bəzi məşhurları tənqid edib.

O, dünyasını dəyişən sənətçilərin son günlərindən fotoların yayılmasına qarşı çıxıb:

“Neçə gündür özümə gələ bilmirəm. Allah sənət dostlarımıza rəhmət eləsin. Biz hamımız bu dünyada qonağıq. Bir gün hamı ölümü dadacaq, heç kim bu dünyanı tutub qalmayacaq. Bir də məşhurlardan bir xahişim olacaq. Kimsə xəstə olan ərəfədə gedib hansısa sənətkarla şəkil çəkdirirsə, dünyasını dəyişən saniyə həmin fotonu paylaşıb yazır ki, Allah rəhmət eləsin. Sizin həmin məşhurla başqa sağlam vaxtı çəkilən fotonuz yoxdur? Bununla onu demək istəyirsiz ki, yəni xəstə olanda mən ona baş çəkənlərdən olmuşam. Axı gözəl bilirsiniz ki, bütün xəbər səhifələri həmin fotonu paylaşacaq. Bunu etməyin, sənətkar ən gözəl rəsmləri, gülən fotoları ilə yadda qalsın. Əgər lazım olsaydı, efirə çıxıb göstərərdi də. İnsan hansı halda, vəziyyətdə oldugunu hamıdan qaçıb o halını gizlədibsə, ən sonuncu halını paylaşmayın. Başa düşürəm o foto çox baxış və reytinq verir səhifəyə, amma bu gün hamı üçün var”.