"Lüt gəzənlər də var, özünü apara bilməyənlər də. Amma onlara heçnə olmur. Çünki murdar əski tüstü götürmür. Onlara baxanda Aygün ölməli deyildi”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva dava-dalaş içərisində olan şou biznes əhlinə ünvanlayıb.
"Həyatdır, itirə, itirə gedirik. Bu sənətdə olanlar sağ ikən bir-birini qırırlar. Mən bu yaşıma kimi görməmişəm ki, kimsə öləndə onu aparıb zər-xaranın içində basdırsınlar. Hamımız bir parça bezdə gedəcəyik, o da qismət olsa. Bir birinizi qırmayın, mehriban olun, dünya fanidir. Ölümü düşünün, Allahdan qorxun”.