"Məni bəyənməyən bəzi insanlar ömür boyu qadın obrazından çıxmayıblar"Fərqli tərzdə şeirləri ilə gündəmə gələn Elza Seyidcahan qonaq olduğu "Zarafat Bir Yana" verilişində tamaşaçıların sualını cavablandırıb.
BiG.AZ xəbər verir ki, izləyicilərdən biri Rafael İsgəndərov onun şeirlərinə bildirdiyi fikri qeyd edib.
Elza xanım isə həmin şərhin qarşılığında belə cavab verib:
"Mən bu verlişində Rafael İsgəndərov qonaq olduğu bölümə baxdım. Yaradıcılıq odur ki, ağlatmalısan, güldürməlisən. Məni bəyənməyən insanlar ömür boyu qadın obrazından çıxmayıblar. Bunu demək istəməzdim, amma keçən dəfə Zaurun verilişində bu ifadəni işlədəndə düşünürdüm ki, aktyordur zarafat edir. Mən də zarafatı qəbul etdim. Amma sizin verilişində onun cavabından sonra mən gördüm ciddidir. Demək ki, o şeirlərimi başa düşməyib. Onda mən də deyim ki mən səy-səy sənin neçə ildir yaşıl pencəyinə baxıram, gülürəm. Bu mənim yaradıcılığımdır əgər sən başa düşmürsənsə, bu mənim günahım deyil. Coşqun mənə heç vaxt bu sözü deməzdi, amma Rafaelin deməyi məni məyus etdi".