Türkiyənin məşhur müğənnisi, “Diva” ləqəbli Bülent Ersoy mərhum həmkarı Zeki Mürenin şəxsi həyatı ilə bağlı qalmaqallı açıqlamalar verib.
OLAY yazır ki, bu barədə Ersoy “Dünya güzellerim masada” layihəsində danışıb.
Sənətçi o dönəmdə Mürenin Müzeyyen Senarla küsülülüyünə səbəbin onun kişi sevgilisi olduğunu söyləyib:
“Onun bir kişi sevgilisi var idi. Əsgər idi. Orduda çalışırdı. Müzeyyen xanım çox təmiz ürəkli idi. Z.Müren ona tapşırır ki, bu münasibətdən söz açmasın. O da deyir ki, əlbəttə. Sonra Müzeyyen xanım çaşır, həmin əsgərə “yeznə” deyir. O anda hərbçinin Z. Mürenlə münasibəti üzə çıxır. Bu hadisədən sonra dostluqları pozulur”.
Daha sonra Ersoy Z. Mürenin Antalyadan Bodruma köçmə səbəbini açıqlayıb:
“Antalyada toya getmişdi. Onun orada əyləşməsi də bir şərəf idi. Sonra bəyə gözü düşür, nəsə edir. O şəhərdən qovdular onu. Bodruma köçdü”.