Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

6 ildən sonra yenidən Leylini canlandırdı

6 ildən sonra yenidən Leylini canlandırdı

Yenə öz dəryamda idim. Mən operada böyüdüm. Opera səhnəsinin tozu ilə qidalandım. Mənə bu sənətin zirvəsini göstərdi Opera səhnəsi. 6 il aradan sonra yenidən öz dünyama qovuşdum… 

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Nəzakət Teymurova deyib. Müəyyən fasilədən sonra yenidən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındə Leyli obrazını canlandıran 51 yaşlı ifaçı duyğularını bölüşüb. Onun səhnədəki tərəf müqabili isə Xalq artisti Mənsum İbrahimov olub.

"6 ildən sonra Leylinin libasın üstümə geyindim, ruhunu ruhuma hopdurdum. Səhnədə Leylinin segahının ahı ilə etiraz etdim 6 illik ayrılığa… Rəsul Rza demişkən, od nə çəkdi , küldən soruş... Opera və Balet Teatrının direktoru, əsl sənətkar Yusif Eyvazova öz və pərəstişkarlarımın şükranını çatdırıram. Verdiyiniz dəyərə görə minnətdaram".