Türkiyəli müğənni Gökhan Özen estetik əməliyyat etdirməsi bağlı açıqlama verib.
Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşım edərək estetik iddialarının yalan olduğunu bildirib:
"Filtersiz çəkirəm, üzümdə heç nə yoxdur. Sadəcə gözlərimdən əməliyyat olunmuşam, o da məcburiyyətdən oldu. İlk və son dəfə bunu açıqlayıram. Əhvalımı belə poza bilməzsiniz, amma məni sevənlərin kefini pozmayın. Botoks etdirdi deyən insanlara da səslənirəm. Qaşını qaldıranda botoks olmadığı çıxır ortaya".