Jurnalist Türkan Məmmmədlinin oğlu bünyamin xəstəxanaya yerləşdirilib.
AZXEBER.COM xəbər verir ki, oğlunun qızılcaya yoluxduğunu deyən jurnalist valideynlərə çağırış edib.
"Bildiyimiz, qədim xəstəlikdir deyib, uşağı ağırlaşdırmayaq”.
"Bünyamin də qızılcaya yoluxdu. Hazırda Məhəmmədidə yerləşən Modul tipli xəstəxanada müalicə alır. Çətin, ağır virusdur. Xəstəxana doludur uşaqla.... Doğurdan da bu qızılca epidemiya halındadır. Uşaqları qoruyun. Bir də, bu xəstəliyi keçirən insanlar daşıyıcı deyillər. Mən Bünyaminin yanından çıxıb, Amalın yanına gəlirəm. Yani o xəstələrlə ünsiyyətdə olan, qızılcanı keçirmiş insandan heç kimə heçnə keçmir. Boş yerə təlaş yaratmayaq. Amma tövsiyyə edərdim ki, uşağınız buna yoluxubsa, evdə yox, ilk 3 günü xəstəxanada nəzarət altda olasınız. Bildiyimiz, qədim xəstəlikdir deyib, uşağı ağırlaşdırmayaq”.