Aktrisa Sonaxanım Əliyeve ARB televiziyasında yayımlanan "Günaydın Azərbaycan" verilişində keçmiş həyat yoldaşının ona xəyanətindən danışıb.
AZXEBER.COM xəbər verir ki, aktrisa yaşadığı ağır günlərdən danışarkən göz yaşlarını saxlaya bilməyib.
"Qızım xəstə idi. Mənim başım ona qarışmışdı, xəsrəxanada yatırdıq. Belə ağır zamanlarda isə sən demə ərim eşq yaşayırmış. Özü də evimin içi ilə. Amma kənardan da baxıb elə bilirlər ki, xoşbəxtəm".
Xatırladaq ki, aktrisa daha öncə həyat yoldaşının ona qardaşının xanımı ilə xəyanət etdiyini, bu hadisənin aşkarlanması ilə qardaşının da ailəsinin dağıldığını açıqlamışdı.