Bu gün Əməkdar artist Tünzalə Əliyevanın ölüm ildönümüdür.
Axşam.az xəbər verir ki, sənət dostları sosial şəbəkədə paylaşım edərək, aktrisanı yad ediblər.
"Bu gün - 22 yanvar xatirəmizə acı yazıldı. Sən bizim aramızdan birdəfəlik baş alıb getdin. Dəfələrlə yuxuma girmisən, nəsə demək istəmisən deyə bilməmisən. Bu video yadındadır? Həmin gün nə qədər güldük. Axı gülmək sənə çox yaraşırdı. Amma nə etmək olar, həyat bir nöqtəyə kimidir, kimisinə tez, kimisinə gec. Həyatımızda özünəməxsus iz buraxdığın üçün sənə təşəkkürlər, Tünzalə" deyə, aktrisa Xuraman Əlizadəpaylaşımında yazıb.
Aktrisa Ülviyyə Əliyeva isə "Toppuş bacı"nı "Canım bacım, sənsiz keçən bir il çox ağır oldu. Ruhun şad, məkanın cənnət olsun" sözləri ilə yad edib.
Qeyd edək ki, T.Əliyeva xərçəngdən əziyyət çəkirdi. O, uzun çəkən müalicələrdən sonra ötən il dünyasını dəyişib. Röyal adlı bəylə ailəli olan aktrisanın Zəhra adlı bir qız övladı var.