"75 yaşıma kimi aparıcılıq edəcəyəm, ömür vəfa etsə”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Əməkdar artist Çingiz Əhmədov REAL TV-nin "Profil” verilişinə qonaq olan zaman deyib.
Əməkdar artist hər zaman təlabatlı sənətkar olmasından danışıb:
"27 ildir ki, televiziya aparıcılığı sahəsində çalışıram, ömür vəfa etsə 75 yaşıma qədər aparıcılıq edəcəyəm. Ömrümün çoxunu bu işə həsr etmişəm. İstər Dövlət Televiziyası olsun, istər özəl kanallar, hərəsində 3-5 il çalışmışam. Seriallarım gedir, baş roldayam. Mədəniyyət kanalında da verilişim olub. Sadəcə studiya təmirə dayanıb. Mənə indi də təlabat var, dəvətlər çox gəlir. Buna sevinirəm, niyə də olmasın öhdəsindən gəlirəmsə”.
O, daha sonra aktyorluq sənətindən danışarkən maraqlı fikirlər səsləndirib:
"Bir yaşdan sonra aktyor teatrdan getməlidir. Bu birmənalı olaraq belədir. Bunu Nəsibə xanım da belə etdi, bir müddət sonra getdi teatrdan. Hər şeyi vaxtında etmək lazımdır. Möhürü vurub, çəkilməlisən kənara”.