“Mənə söz deyən olmasa, hər zaman sakitəm. Bəzən böyüklər susanda, kiçiklər məcbur olur danışmağa başlayır. İstəməzdim ki, sənətdə böyüklər ola-ola mən danışım”.
Bu sözləri “Günaydın, Azərbaycan” verilişində Əməkdar artist Nigar Şabanova söyləyib.
“Adım, statusum olsa da, böyüklərin yanında hər zaman kiçiyəm. Amma görürəm ki, danışmırlar. İstər xanəndələr, istər xalq mahnıları ifaçılarımız olsun, onlar danışmayanda insanda qıcıq yaranır. Bəstəkarları tanımayan müğənnilər gəlib danışırlar. Oxuyun, bir şey demirik.
Səidə Sultan haqlıdır. Müəyyən mahnılar var ki, çox bərbaddır. Sözlər tərbiyəni korlamağı təbliğ edir. Ona haqq qazandırıram. Böyüklər bunu dinləmirlər. İnsana bilirsiniz nə təsir edir? İllərlə təhsil alırsan, özünü sənətə həsr edirsən, amma onlar çıxıb sənətdən danışırlar”, - deyə, Nigar bildirib.