Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Qızım atasından imtina edib" - Sonaxanım Əliyeva

"Qızım atasından imtina edib" - Sonaxanım Əliyeva

"Uşaqlıqdan sevilmədim, döyüldüm, söyüldüm. Bir qız övladım var, ona yaşadıqlarımı yaşatmaram".

Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Sonaxanım Əliyeva "Günaydın, Azərbaycan" proqramında deyib. Sənətçi qızından danışıb. O bildirib ki, övladı atasından imtina edib:

"Ayrılıqdan sonra qızıma atası ilə əlaqəni kəsməyə imkan vermədim. Dedim, gəlsin, görüşsün. Ad günündə çağırırdım ki, hamı görsün atan var. Amma insanın iç üzü ortaya çıxır. 18 yaşında övladına da travma yaşatdı. Qızım qərar verdi ki, onun həyatında ata yoxdur. Dedi ki, utanıram atamın soyadını daşımağa. Gəldi dedi ki, icazə ver onun soyadından imtina edim və sənin soyadını götürüm. Bu gün 21 yaşı var, universiteti bitirəcək".