Aparıcı Lalə Azərtaş "Təsir dairəsi" verilişində dörd il öncə itkin düşən Goranboy kənd sakini Cavid Sabir oğlu Bayramovun axtarışları davam edir.
Cavidin telefon nömrəsinə edilən son zənglərdə adı çıxan və onun itkin düşməsində şübhəli bilinən Astan Məsim oğlu Cəfərov danışıb.
İddialara görə, Cavidin ailəsinə məxsus olan atlar Astanın ailə üzvləri tərəfindən oğurlanıb və bu hadisədən sonra ailələr arasında ədavət yaranıb.
L.Azərtaş Astana suallar ünvanlayıb və məsələni aydınlaşdırmağa çalışıb.