Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Xoşqədəm Doğuşun toy qonorarından danışdı

Xoşqədəm Doğuşun toy qonorarından danışdı

"Danışacağım söhbət Doğuşun qatıldığı toy və tədbirlərdən aldığı qonorarın, yəni pulun miqdarından gedir. Bu gün hamının pula ehtiyacı var. Eləcə də bizim. Doğuş deyir ki, həyatı boyu ac qalaram, amma sənətimi ucuza satmaram".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı müğənni həyat yoldaşı Doğuşla bağlı açıqlamasında deyib. Aparıcı "Günaydın, Azərbaycan" verilişində ifaçının toy qonorarından danışıb:

"Mən olsam, ucuz qiymətə də toylara gedərəm. Fikirləşirəm ki, o ruzidir, Allah onu mənə verib. Ruzini isə geri qaytarmaq olmaz. Bu gün 5 manat aşağı, sabah 10 manat yuxarı pul qazanaram. Amma Doğuş elə düşünmür. O deyir ki, küçələrdən əziyyətlə bu mərhələyə gəlib çatmışam. Ac olsam da, sənətimi heç zaman ucuza satmaram. Sənətimi bu dərəcədə ucuz qiymətləndirənlərin məclisinə gedib, oxumaram""

Qeyd edək ki, Xoşqədəm və Doğuş cütlüyünün Arın və Arda adlı əkiz övladı var.