Artıq bir neçə gündür ki, sosial media "Nia, Sabir və Furkan" adlı sosial şəbəkə fenomenlərinin şəxsi həyatı ilə çalxalanır.
Mövzu ilə bağlı tanınmış jurnalist Zülfiyyə Əbülfəz "Facebook" hesabında tənqidi paylaşım edib:
"Nia - Sabir - Furkan üçbucağı həngaməsi hamımızı düşündürməlidir. Susmamalıyıq! Bu tiplər gənclərimizi məhvə doğru aparır. Səxsiyyətsizliklə, sərəfsizliklə pul qazanıb varlanmağı normal hal kimi cəmiyyətə qəbul etdirirlər. Bunlara DUR deməsək, gələcəyimiz məhv ola bilər.
Əslində şəxsən mən gənclərdən sikasətçi deyiləm. Şəxsən tanıdığım gənclər var ki, həyata baxışlarına, ağıllarına, tərbiyələrinə heyranam. Hətta deyərdim, bizim nəsil bir çox məsələlərdə onlardan ibrət götürməlidir. Amma bəzi gənclər fərqlənmək, seçilmək məqsədilə özlərini məhv edir. Guya azaddır, müasirdir, demokratdır, dünyavidir, kosmopolitandır, nə bilim feministdir. Hansıki, bu terminləri heç doğru düzgün dərk etmirlər. O gənclərə yazığım gəlir... Bu barədə yazmaq borcumdur. Laqeyd qalmamalıyıq".