Əməkdar artist Elza Seyidcahan tənqidlərə fikir vermədiyini açıqlayıb.
SHOWNEWS.AZ xəbər verir ki, "Günə bir şou" verilişində qonaq olan sənətçi savadsız insanların yersiz tənqidlərindən bezdiyini bildirib:
"Özüm özümün ən böyük tənqidçisiyəm. Baxırsan ki, bu həyatda heç nəyə nail olmayanlar, daşı daş üstə qoymayanlar, savadsız insanlar məni tənqid edir. Onlardan yan keçirəm. Onlara cavab versəm, geriləmiş olaram".