"Çox xoşbəxtəm ki, Doğuş kimi biri ilə birlikdəyəm".
AZXEBER.COM xəbər verir ki, bu sözləri Xoşqədəm Hidayətqızı aparıcısı olduğu "Günaydın Azərbaycan" verilişində deyib.
Ailə dəyərlərindən danışan aparıcı canlı yayımda həyat yoldaşının ünvanına təriflər yağdırıb:
"Doğuşla çox xoşbəxtəm. O mənim sirdaşım, yol yoldaşım, həmdəmimdir. Ailə olmadan öncə bunları bacarmaq lazımdır. Ən çətin anlarımda heç vaxt məni tək qoymayıb. Çox şanslıyam ki, belə anlayışlı insanla birlikdəyəm. Çox insan xoşbəxtliyi qızılda, brilliantda görür. Amma xoşbəxtlik hüzurunun olmasındadır, sağlamlıqda, üzünə gülən yoldaşda, mehribanlıqdadır. Bizim də aramızda söz olur amma öz aramızda tez danışırıq. Ona görə də Doğuşa təşəkkür edirəm ki, mən belə ailəyə sahibəm. Allah bizi pis insanlardan uzaq eləsin".