Sosial şəbəkə fenomeni Bayram Nurlu izləyicilərini təəccübləndirib.
Hər zaman sarışın olan Bayram imicini dəyişdirib. Bu haqda danışan Bayram bunu sevdiyi şəxs üçün eftdiyini etiraf edib:
"Məni tanıyanlar bilir ki, sevəndə dəli kimi sevirəm. Sevgimə görə hər ağılsızlığı edərəm. İmic nədir ki? Özü dedi. Heç özünün də xəbəri yoxdur bu dəyişimdən. Yəqin şəkilləri görüb yığacaq".
Bayram sevdiyi şəxsin cəsarətinə aşiq olduğunu açıqlayıb:
"Bu sevgi cəsarət istəyər. Mən özüm qorxmaz, mərd və cəsarətliyəm. Belə birisi də olmalı idi. Onu tapmışam. Xoşbəxtəm. Keçmiş sevgilərimi soruşmayın. Yaddaşımdan silmişəm. Xatırlamıram".