"Zamanında getdiyim verilişlərdə üzüyumşaqlığımdan, sadəliyimdən, mehribanlığımdan çox istifadə olunub. Ailə üzvlərimin adı ilə bağlı zarafat etməsinlər. Hər kəs özü ilə məşğul olsa, daha yaxşı olar".
Bu sözləri müğənni Şəbnəm Tovuzlu "Xəzər axşamı" verilişində deyib. O, ailə üzvləri haqda danışan sənət yoldaşlarına və aparıcılara xəbərdarlıq edib:
"Sənət dostlarımdan, aparıcılardan da bunun kimi şeylər eşitsəm, efiri tərk edəcəyəm. Verilişi tərk etmək ola bilər ki, onlar üçün fərq edər və ya etməz. Niyə də olmasın, sevilən bir ifaçıyam. Həmin aparıcı ilə çox böyük mübahisəmiz ola bilər, çox dərinə də gedə bilərəm. Buna görə istəmirəm ki, getdiyim efirdə mənim ailəm, övladlarım haqda danışılmasın. Mən əziyyətlə bu yerə çıxmışam, bəhrəsini də görürəm. Məni sevən xalqım var, buna görə də mənə toxunmayın.
Fərdanın verilişdə xətrinə dəymək istəmədim, illərin dostudur. O insanları güldürə bilən bir insandır. İstəmədim nəsə deyim, amma xoşuma gəlmədi. Bundan sonra bir efirdə heç kimdən o sözü eşitməyim. Eşitsəm çox böyük mübahisəmiz düşəcək. İnanın ki, dərinə də gedən insanam. Əvvəlki üzüyumuşaq Şəbnəm deyiləm, artıq hər kəsi yaxşı tanıyıram. Qanun və qaydamız var. Reytinqə görə niyə məni incidirsən? Olmaz, xoşum gəlmir".
Qeyd edək ki, aktyor Fərda Xudaverdiyev "Xəbər-ətər" proqramında "Əvvəl "hacı" deyəndə müqəddəs torpaqlar, indi isə Şəbnəm yada düşür" sözlərini demişdi.