Müğənni Nurlan Əzizbəyli plastik əməliyyat etdirib.
40 kiloqramdan çox çəki atan sənətçi yeni görünüşü ilə “Bizimləsən” proqramına qatılıb.
Məlum olub ki, ifaçı buxaq, qaşqaldırma və dəridartılma əməliyyatları keçirib. Əzizbəyli, eyni zamanda saçlarını qara rəngə boyayıb.
O, çəkisinin 70 kiloqram olduğunu bildirib.