Dünyaca məşhur İtaliya brendi "Gucci" müzakirələrə səbəb olacaq addım atıb.
SHOWNEWS.AZ xəbər verir ki, dəb diktə edən brend bu dəfə qəribəliyi ilə lağ predmetinə çevrilib.
Belə ki, "Gucci" cırıq kapron corabları 190 dollara (323 manat) satışa çıxardıb. Bunu brendin rəsmi saytında da görmək və 190 dollar ödəməklə əldə etmək olar.
"Gucci" kimi nəhəng brendin belə addım atmasına isə bütün dünyada sosial şəbəkə istifadəçiləri məsxərəyə qoyub.
Bir çox qadın izləyici isə şirkətə təşəkkür də edib:
"Çox sağol, "Gucci"! Evdə saysız-hesabsız belə süzük, cırıq corablarım var. Artıq bu gündən onları brend olaraq geyinəcəm. Bizi xilas etdin".
Digər bir istifadəçi isə brendi tənqid edib:
"Bu rüsvayçılıqdır. Sənin ixtiyarın yoxdur belə şeyi təbliğ edəsən. Dünya Moda Assoasiyası bu dəliliyi durdurmalıdır".
Kişi istifadəçilərdən də şərh yazanlar olub. Onlar da şirkətə təşəkkür edib:
"Bu əladır. Artıq xeyli ailə büdcəsinə qənaət edəcəyik. Yoldaşım hər pul istəyəndə, "get rəfdən cırıq corablarını geyin" deyə biləcəyəm. Bunu əsaslandıracağam da".