Müğənni Əli Mirəliyev xəstəxanaya yerləşdirilib.
Bu haqda “Elgizlə izlə” proqramında məlumat verilib.
Sənətçinin xanımı onun səhhətindən danışıb. O bildirib ki, Ə.Mirəliyev əməliyyat olunacaq: “Vəziyyəti çox ağır idi, indi müayinələrin cavabını gözləyirik. Həkimlər əməliyyat olunacağını deyiblər”.
Aparıcı Elgiz Əkbər isə “Dua edirik ki, xərçəng olmasın. Şübhələr var. Qan ifraz edib. Həkimlər hazırda analiz nəticəsini gözləyir. 4 gün vəziyyəti çox pis olub”, - sözlərini əlavə edib.