Əməkdar artist Lalə Məmmədova trendə düşən mahnılardan danışıb.
Sənətçi bu barədə “Zaurla Günaydın” proqramında açıqlama verib. O bildirib ki, bu məsələlərdə sünilik özünü göstərir:
“Trend süni yaranır. Məsələn, 12 gündür yeni mahnı təqdim etmişəm. Birdən-birə milyona çatmır. Minimum 3 ay vaxt lazımdır. Tamaşaçı efirdə, radioda eşitməlidir. Gözəl və keyfiyətli mahnılar birdən-birə trend olmur. Keyfiyyətli mahnının keyfiyyətli dinləyiciləri olur. Səhifəmdəki “90-lar” proyektindən 2-3 milyon dinlənilən mahnılarım var. Onlar təbii şəkildə həmin rəqəmə çatıb”.