Aktyor Elşən Orucov Türkiyənin ATV kanalında yayımlanan məşhur “Ben bu cihana sığmazam” serialında rol alıb.
Sənətçi serialda “Qardaşov” obrazının qardaşı “Rəşad” obrazını canlandıracaq.
Ekran işinin sözügedən bölümü sabah efirə gedəcək.
Qeyd edək ki, E. Orucov “Bozbash pictures”dəki “Fəlakət” obrazı ilə tamaşaçılara tanışdır. O, uzun müddətdir serialda rol alan aktyor Ozan Akbaba ilə (“Qardaşov” obrazı) dostluq edir.