Xalq artisti Tünzalə Ağayeva "Gözümün içinə bax” adlı yeni mahnısına klip çəkdirib.
Mahnının musiqisi İsmayıl Əsədov, sözləri Kəmalə Rüstəmzala məxsusdur. Aranjimanı isə Samir Sultanov edib. Klipin rejissoru və operatoru Fərhad Əli, Layihənin prodüseri Yalçın Çobandır.
Pop ulduzun yeni işi bütün musiqi platformalarında, klip isə sənətçinin rəsmi "Youtube” kanalında nümayış olunur.