Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Toy sahibləri maşına, geyimə və qızıla görə adama hörmət qoyur"

"Toy sahibləri maşına, geyimə və qızıla görə adama hörmət qoyur"

"Toy biznesində sürüdüyün maşına, işlətdiyin telefona görə səni qarşılayırlar. Mən bu şeyi yaşamışam. Hətta öz sənət yoldaşlarımın arasında da bu şey baş verib. İki dəfə mənə pis təsir edib".
 

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova "Xəzər axşamı" verilişində deyib. O, üzləşdiyi hadisələrdən danışıb:

"İlk avtomobilim kiminsə üçüncü maşını dərəcəsində olub. Markası o qədər də bahalı deyildi. 2013-cü ildə 35-40 min civarında idi. Xanım sənət yoldaşlarımdan biri toyda oxumağa gələndə çıxardı bahalı avtomobilin açarını və qoydu masanın üstünə. Mənə pis təsir etdi. Bildim niyə belə edir. Çünki onun sənəti yox idi. Ona qıcıq verirdi ki, mən olan yerdə niyə Nigar olmalıdır? O hələ təzə başlayıb oxumağa.

Bir dəfə isə muğam müsabiqəsindən təzə çıxmış qızlardan biri ilə sənət yoldaşımın toyundan çıxırdıq. Eyni mənim maşınımdan sürürdü. Mənə artıq fəxri ad verilmişdi. Çıxanda maşınıma baxdı və baxışları ilə demək istədi ki, ikimiz də eyni markalı avtomobil sürürük. Anama getdim dedim ki, mənə bu maşını dəyişməyə icazə verməsə, daha ona minməyəcəyəm. Ondan sonra bahalı maşın aldım.

 

İnanın ki, toy adamları da ona fikir verir. Hər təbəqənin toya gedə bilmirik, bəzilərinin gücü çatmır bizi dəvət etməyə. Elə təbəqlərin toyuna gedirik ki, birinci maşınına, sonra isə geyiminə və taxdığın brilyantın, qızılın dəyərinə görə adama hörmət qoyurlar, reallıq budur".