Müğənni Mehin Hümbətova 2024-cü ildə ilk layihəsini təqdim edib.
İfaçı İstanbulun Cihangir səmtində lentə alınan “Sus” adlı yeni mahnı və klipini izləyicilərin ixtiyarına verib. Sənətçi klip çəkilişləri zamanı çətin anlar yaşayıb. Soyuq hava şəraiti və insan axının çox olduğu küçələrdə görüntüləri lentə almaq saatlar sürüb.
Mahnının söz və musiqisi Rzzaya məxsusdur. Ekran işinin rejissoru Ahmet Can Tekin, operatoru isə Can Doludur. Mahnı Hümbətovanın yutub və bütün rəqəmsal platformalarında yerləşdirilib.
Layihənin prodüseri Vüqar Hüsiyevdir.