Sevgi mahnılarının əvəzsiz ifaçısı Gülay Zeynallı növbəti eşq əsərini dinləyicilərin ixtiyarına verib.
Musiqisi Elçin Cəfərova, sözləri Orxan Mürvətli məxsus “Yazdım” adlı mahnıda Gülay Zeynallı sevən qadının hisslərini və obrazını canlandırır.
Ən müasir texniki avadanlıqlarla lentə alınan ekran işinində Gülay Zeynallı 3 fərqli obraz yaradıb. Və hər obraz fərqli məkanlarda lentə alınıb.
Müğənninin obrazları üzərində çalışan stilist Elnur Həsənov isə Gülay Zeynallının xanımlığını və şarmını daha da önə çıxarmağı bacarıb.
Klip Gülay Zeynallının “YouTube” kanalına yüklənib. Mahnını tam olaraq oradan dinləyə bilərsiz.