Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tanınmış idmançı Kamil Zeynallının Rusiyada saxlanılması ilə bağlı məlumat yayıb.
XİN-in Mətbuat katibi Ayxan Hacızadə bildirib ki, məsələ Rusiyadakı səfirliyimizin nəzarəti altındadır.
Onun sözlərinə görə, vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir: “Əlavə məlumat olarsa, bildiriləcək”.
Qeyd edək ki, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Kamil üçün vəkil tutulduğunu, onun saxlanılma səbəbinin hələlik dəqiqləşmədiyini açıqlayıb.