Rusiyaya istirahətə gedən idmançı Kamil Zeynallı orada saxlanılıb.
Məsələ ilə bağlı müğənni Gülay Zeynallı paylaşım edib. O, Ölkə başçısına müraciət edərək, yardım istəyib:
"İnşallah, bu da keçər. Prezidentimdən kömək istəyirəm. Xahiş edirəm, Kamili yad ölkədə tək buraxmayın. Çox xahiş edirəm".
***
Müğənni Gülay Zeynallı ötən gün Rusiyada hava limanında saxlanılan həyat yoldaşı, məşqçi Kamil Zeynallı ilə bağlı daha bir paylaşım edib.
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevaya müraciət edən Gülay "Cənab Prezident, hörmətli Mehriban xanım, sizdən çox xahiş edirəm, Kamilə kömək edin. Göydə Allah, yerdə siz ona kömək edə bilərsiniz. Çox çarəsiz bir haldayıq, Kömək edin bizə" sözlərini yazıb.
Qeyd edək ki, Kamil Moskvadakı Domodedovo hava limanında olarkən saxlanıldığını bildirib. "Domodedovo hava limanında polislər məni saxladılar və bölməyə gətirdilər. Dedilər ki, Ermənistan məni beynəlxalq axtarışa verib və hələlik burada həbs etdilər. Deyirlər ki, ya səni Ermənistana təhvil verəcəyik, ya da onlar gəlib səni bizdən götürəcəklər. Səhər məni məhkəməyə çıxaracaqlar. May ayından məni axtarışa veriblər, amma o vaxtdan 3 dəfə Rusiyaya gəlib-getmişəm. İndi isə həbs etdilər" deyə, o, əlavə edib.