![“Gedin, Kamilə sahib çıxın” - Brilliant Dadaşova “Gedin, Kamilə sahib çıxın” - Brilliant Dadaşova](https://img.shownews.az/news/2024/02/photo_14084.jpg)
Xalq artisti Brilliant Dadaşova Polad Bülbüloğlunun Kamil Zeynallı ilə bağlı açıqlamasına reaksiya verib.
Sənətçi bununla bağlı instaqramda paylaşım edib. O, Rusiyadakı səfirimizin “Məhkəmənin qərarını gözləyirik” sözlərinə qarşı bunları yazıb:
“Gözləyirik nədir? Polad müəllim, söhbət erməni məsələsidirsə, özünüz qalxın gedin, Kamilə sahib çıxın. Prezidentimizin sizə göstərdiyi etimadı doğruldun, zəhmət olmasa”.