Xatirə İslam həmkarlarına dəstək çıxdı.
SHOWNEWS.AZ xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında yeni il ərəfəsində konsert verən, yeni il gecəsi şənlənən müğənnilərin müdafiəsinə qalxdı:
"Gəlin, həyatımızda çətinliklərə dözməyib, sıxılıb kimlərdəsə səhv axtarmayaq. Kimsə konsert verdi, iki mahnı oxudu, kimsə evində eyvanda güldü, oynadı... Onların da bir gözü ağlayıb, onlar da o çətin dönəmdə çox şəhid analarının göz yaşını silib. Nə tez unutdunuz? Konsert edən heç olmasa əynində hərbi geyimlə Qarabağa aid oxuyub, gülən isə öz evində bəlkə torpağının artıq azad olmağına, gələn ili orada olacağına sevinib gülüb? Əsas o fişəng yandıranlara deyin ürək sözlərinizi. Şəhid anaları qəbr üstündə, fişəng səsindən qulaq batırdı.
Şəhidlərimiz hamısı eyni deyildimi bizim üçün? İki il öncə şəhid gəlmirdimi? bu gün də şəhidimiz var. Onlara və analara hörmətlə yanaşmalıyıq. Bilirsiniz, ən böyük problemimiz nədir? Biz nəyi kimə deməliyiksə, onu bilmirik. Yeni il günü bu ğlkədə gülən yalnız müğənni olmayıb".
Qeyd edək ki, müğənni Şəbnəm Tovuzlu Moskvada konsert verib. Səidə Sultan və Röya Ayxan isə yeni il gecəsi əyləncə videoları ilə sosial şəbəkədə sərt tənqid olunub.