Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Şikayətçiləri qarşısında diz çökdürənləri də cəzalandırın"

"Şikayətçiləri qarşısında diz çökdürənləri də cəzalandırın"

Aparıcı Tarix Əliyev (Tolik) verilişindəki çıxışına görə MTV kanalının Audiovizual Şura tərəfindən cəzalandırılmasına reaksiya verib. 

Axşam.az xəbər verir ki, bu haqda sosial şəbəkə hesabında yazan Tolik bəzi verilişlərdə televiziya qaydalarının pozulduğunu, amma cəzalandırılmadıqlarını bildirib:

"Qanun hamı üçün qanundur, deməli, belə məsləhətdir. Hörmətli Audiovizual şura, deyəsən, hərdən diqqətinizdən yayınır, xəbərçilik kimi çıxmasın: Bəzi verilişlərdə əqli qüsurluları ələ salıb, qoca arvadları ərə verən, şikayətçiləri qarşısında diz çökdürən, zorlanma səhnələrini efirdə çılpaqlığı ilə büruzə verən, azyaşlı uşaqları üzübağlı da olsa çıxarıb xalqa yazıq kimi təqdim edən, müğənnilərin həcilərini müzakirə edən, silikonlarını, bədənlərini abartılı formada təqdim edənləri də cəzalandırın".

Qeyd edək ki, Tolikin "Tarixin bir günü" proqramında yeniyetməyə qarşı qeyri-etik hərəkətlər edən məktəblinin görüntüsünü tənqid etməsinə görə MTV kanalının yayımı müvəqqəti dayandırılacaq.