Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Gəncə şəhərində qeydiyyatda olmaqla Qubada müvəqqəti kirayə mənzildə yaşayan Şaiq Haşımov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, Haşımov şəhid ailələrinə, qazilərə, fiziki məhdudiyyəti olan şəxslərə problemlərinin həllinə dair səlahiyyəti olmadığı halda vədlər verərək onlara ümumilikdə 20100 (iyirmi min yüz) manat ziyan vurub.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Şaiq Haşımovun barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Ş.Haşımov müğənni Aybəniz Haşımovanın qardaşıdır.