 
                                    
                        Türkiyəli müğənni Ebru Gündəş dördüncü dəfə ailə həyatı qurub.
Axşam.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, ifaçı bu gün iş adamı Murad Özdəmirlə nikah masasına əyləşib.
İddia olunub ki, cütlük Dubaydakı Türkiyə səfirliyində sadə mərasimlə toy edib.
Qeyd edək ki, iki dəfə evli olan Muradın 3 övladı var. E.Gündeş isə 3 dəfə ailə qurub və boşanıb. Onun Alara adlı bir qızı var.
 
             
                     
                     
                     
         
             
             
             
             
             
             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            