Müğənni Aynur Dadaşova sərt açıqlamaları ilə gündəmə gəlib.
AZXEBER.COM xəbər verir ki, müğənni efirlərə dəvət alan zaman seçici davrandığıını deyib.
Sənətçi, hər insanla efiri bölüşmək istəmədiyini bildirib:
"Mən efirə dəvət alanda, soruşuram digər qonaqlar kimdir? Çünki 35 ildir bu sənətdəyəm. Dünənki uşaq-muşaqla gəlib verilişdə oturmaq istəmirəm. İllərlə sənətdə olduğum üçün, sözümü də deyə bilirəm. Sənətkarla qonaq olanda, o danışanda mən susa bilərəm, çünkü böyüyümdür. Amma dünən çıxan birisi bir məclisdə mənim yanımda durub elə bir hərəkət edir ki, məəttəl qalıram. Durub ad da çəkəsi deyiləm. Çünki qalmaqala ehtiyacım yoxdur. Mən sənətkarlar görmüşəm, onların yanında əlimə mikrafon almağa utanmışam. İcazə almışam, sonra oxumuşam. İndikilərdə belə şey yoxdur. Allah hər kəsin yolunu açıq eləsin".