Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Deyirlər ki, Ədalət kimi adamla necə yaşamısınız"

"Deyirlər ki, Ədalət kimi adamla necə yaşamısınız"

"Ayrılıqlar çoxalıb. Evlilik elədir ki, özünə həyat, çiyin yoldaşı seçilsən. Ömürlük onunla bir dam altında yaşamalısan. Eyni evi, mətbəxi, həyatı, sevinci, kədəri bölüşməlisən. Ona görə də həyat yoldaşı seçmək çətindir".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Brillaint Dadaşova "Elgizlə izlə" proqramında deyib. Müğənni həyat yoldaşı, Rus Dram Teatrının dorektoru Ədalət Hacıyevdən danışıb:

"Hamı mənə deyir ki, yoldaşının necə mülayim xasiyyəti var. Amma sonra onunla çalışan qızlar gəlib mənə deyir ki, necə çətin xasiyyəti var, onunla necə yaşamısınız? Səsini çıxartmadan elə işini görür ki... Ona lazım deyilsə, xoşuna gəlmirsə bu burada olmayacaq. Sən gətir ora, o qaytarıb aparacaq. Elə insan var ki, onlar sakit sözünü deyir. Elələri ilə həyatda çətindir".