Türkiyənin məşhur seriallarından olan “Yalı Çapkını”nda İfakat obrazını canlandıran aktrisa Gülçin Santırcıoğlu övladı olmamasının səbəbini açıqlayıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 46 yaşlı aktrisa qonaq olduğu proqramda verdiyi açıqlamalarla müzakirələrə səbəb olub.
“Uşaq sahibi olmaqdansa, səyahət etməyi üstün tuturam. Statuslarım sırasına “ana” kəliməsinin əlavə olunmasını istəmirəm. Biz heç vaxt uşağa ehtiyac duymamışıq, duymuruq, duymayacağıq da... Uşağa xərcləyəcəyim pulla səyahət etməyə üstünlük verirəm. Övladı olanlara da halal olsun, sağ-salamat böyütsünlər. Amma uşaq dünyaya gətirməyən qadınlara sanki təzyiq var”, - o bildirib.
Qeyd edək ki, Gülçin Santırcıoğlu 2013-cü ildə mexanika mühəndisi İbrahim Utku Başyazıcı ilə ailə həyatı qurub.