Müğənni Murad Arifin paylaşımı müzakirələrə səbəb olub.
Axşam.az xəbər verir ki, sənətçi 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edərək, bu bayramı qəbul etmədiyini vurğulayıb.
"8 Mart və 23 Fevral... Biri digərindən mənasız, biri digərindən gərəksiz, bizə zərrə qədər də aid olmayan tarixlər. İnanıram ki, gələn nəsillərə qalmaz bu “bayramlar”" deyə, Murad paylaşımında yazıb.