"Hesab edirdik ki, ağır ildi. Amma mənim üçün ən gözəl il oldu. 2020-ci il Azərbaycandan başqa heç bir ölkəyə düşərli olmadı. 30 illik həsrət bitdi. Qələbə ilimiz oldu".
SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan "Onların səsi" proqramında deyib. Müğənni bildirib ki, qardaşlarına Ağdamda toy edəcək:
"Nəhayət gedib Ağdamı görəcəm. Ağdamı 1992-ci ildə bircə dəfə görmüşəm. Atam oradan 12 yaşında çıxıb. İki qardaşım var, əsgərlikdən qayıtdılar. Onlara bir İstanbulda, bir Bakıda, bir də Ağdamda toy edəcəm".
Xalq artisti Şuşa alınarkən sevincdən göz yaşı tökdüyünü bildirib.