Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Zeynəb Xanlarova ilə xoş xatirələrini bölüşdü

Zeynəb Xanlarova ilə xoş xatirələrini bölüşdü

"Üşüncü sinifdə oxyanda Zeynəb Xanlarovanın yanında qalırdım. Evimizdə lal dilində danışılırdı. Mən heç nə başa düşmürdüm. Kimsə nəsə deyəndə gərək, işarə ilə göstərərdi".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Mehriban Xanlarova "Həftənin qonağı" proqramında deyib. Aktrisa bibisi, Xalq artisti Zeynəb Xanlarovadan danışıb:

"Böyük bacımla birlikdə ona verildik. Orada baxdılar bizə. Bilmirəm, bizi çox istədi və götürdü. Uşaq idim, səbəbi bilmirdim. Bəlkə atama kömək edirdi. Bütün xərclərimizi ödəyirdi. Evdə çalışanlar var idi. Amma bacımla mən də iş görürdük. Evdə sadə idi, heç hiss etdirmirdi ki, ulduzdur. Səkkizinci sinifdə oxuyanda onun yanından getdim. Nənəm bizi çox istəyirdi. Ömürboyu daşıyırdı bizim evimizə".

M.Xanlarova "Zeynəb Xanlarovanı görürsünüz" sualına "Siz necə, mən də elə. Əlçatmaz ulduzdur. Gedir xaricə, gəlir. Hərdən görürəm" cavabını verib.