Aparıcı Tarix Əliyev sosial verilişlərə müğənnilərin dəvət olunmasına münasibət bildirib.
Bu haqda o, özünün aparıcısı olduğu “Tarixin bir günü” proqramında danışıb.
“Bu gün yemək bişirən veriliş də müğənni çağırır. Ay balam, yeməyini bişir, otur soğan-kartofdan danış. Oraya da müğənni çağırır, sosiala da müğənni çağırır. Ailəsi olmayıb ailə qədri bilməyən, onun-bunun ərini oğurlayanı çağırır, onlar orada otururlar, camaata ailə dəyərlərindən danışırlar. Hər şey televiziyada müğənni üstündə qurulduğuna görə, ciddiyyətini itirir. Baxıram ki, bu qadın evlər yıxıb. Çağırıblar sosial verilişə, kiminsə qızına deyir ki, “Sən tərbiyəsizsən”, “Sən özündən yaşca böyük kişiylə görüşmüsən”. Özü isə özündən 20 yaş balaca oğlanla görüşüb. Ona görə də televiziyalarda müğənniləri şou xarakterli verilişlərə çağırın. Müğənni gəlir ailə dəyərlərindən danışır. Müğənninin əri müğənnini evdə ayda üç dəfə görmür. Gəlir efirə deyir, “Mən müğənniyəm, mən sənə deyə bilərəm. Mən ekspertəm”. Sən ekspertsən deyə camaata ağzından çıxanı deyə bilərsən? Sən gəl mənə o sözü de. Ona görə də bu gün insanlar televiziyalardan narazı olurlar”, - deyə, o, söyləyib.