Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli son mənzilə yola salınıb.
“Qafqazinfo” xəbər verir ki, mərhum Qurd qapısı qəbiristanlığında həyat yoldaşı Hikmət Mirməmmədli və dənizdə boğularaq ölən oğlunun yanında torpağa tapşırılıb.
Qeyd edək ki, N.Mirməmmədli bu gün 59 yaşında qəfil ürək tutmasından vəfat edib.