Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Avroviziya" mahnımız təqdim olundu - ÖZÜNLƏ APAR

"Avroviziya" mahnımız təqdim olundu - ÖZÜNLƏ APAR

Azərbaycanı "Avroviziya" mahnı müsabiqəsində Fahree ( Fəxri İsmayıl) və İlkin Dövlətov təmsil edəcək. 

Yarışmada səslənəcək mahnı təqdim olunub. Təqdim edilən video çarxda Fahree və İlkin yer alıblar.

"Özünlə apar" adlı mahnıda diqqət çəkən məqam Azərbaycan dilində sözlər olması olub. 

Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb. Təmsilçimiz birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.

Azərbaycan təmsilçisi birinci yarımfinalda Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldova iştirakçıları ilə yarışacaq.