Aparıcı Səma Abıyeva növbəti açıqlamaları ilə gündəmə gəlib.
O, qızı ilə bağlı “Qapqara” verilişində diqqət çəkən fikirlər səsləndirib.
“Mənim bəzi müsahibələrimin altına yazırlar ki, “Sən razı olarsan, qızın ailə qurmadan yaxınlığı olsun?”. Bəli, tanımalıdır. Düzgün, ağıllı seçim etmək üçün. Özünü də tanımaq üçün olmalıdır. Sabah fakt qabağında qalmalı deyil. “Geri yolum yoxdur. Mən kəfənlə qayıda bilərəm” yox. Onda o xoşbəxt olacaq. İstəməsə, heç vaxt evlənməsin, ailə qurmasın. Mən nənə olum deyə, onlar valideyn olmalı deyil”, - deyə, Abıyeva bildirib.