Azərbaycan televiziya kanallarında yayımlanan və cəmiyyətdə müzakirələrə səbəb olan “Səni axtarıram”, “Elgizlə izlə”, “Yaxşıya doğru”, “Bizimləsən”, “Həmin Zaur”, “Təsir dairəsi” verilişləri ilə bağlı qərar verilib.
Pravda.az-ın iddiasına əsasən yazır ki, həmin proqramların efir vaxtlarının qısaldıralaraq təxminən 30 dəqiqə olması nəzərdə tutulub.
Bundan əlavə, verilişlərin formatlarında müəyyən dəyişikliklər də ediləcək.
Qeyd edək ki, bir neçə gün öncə, ATV, Xəzər, ARB və Space televiziyasının rəhbəri Prezident Administrasiyasına çağırılaraq adıçəkilən verilişlərlə bağlı xəbərdarlıq edilib.