Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Fatimə Fətəliyeva Həcc ziyarətində

Fatimə Fətəliyeva Həcc ziyarətində

Rəqqasə Fatimə Fətəliyeva  Məkkəyə Həcc ziyarətinə yollanıb.

İfaçı bununla bağlı sosial şəbəkədə paylaşım edib. O, Məscidül-Həramdan çəkdiyi görüntüləri izləyiciləri ilə bölüşərək bunları yazıb:

"Çox şükür artıq buradayam. Bunun necə bir hiss olduğunu sizə sözlərlə ifadə edə bilmərəm, amma az da olsa bu gözəllikləri sizinlə paylaşa bilərəm. Hamınız üçün dua edirəm. Allah hər birinizə bura gəlməyi nəsib etsin. Allahım, məni bu müqəddəs torpaqalarına layiq bilib çağırdığın üçün sənə sonsuz minnətdaram".